İran prezidenti İİR İŞM üzvlərinin iqtisadi suallarını cavablandırıb
İran İslam Respublikasının prezidenti bəzi məclis üzvlərinin iqtisadi suallarını cavablandırmaq üçün bu gün səhər İran İslam Şurası Məclisinə gedib.
İran İslam Respublikasının Əsas Qanunun 88-ci maddəsinə əsasən, məclis üzvlərinin azı dörddə biri prezidentdən və ya məclis üzvlərinin hər biri məsul nazirdən onların vəzifələrindən biri barədə sual edərsə, prezident və ya nazir məclisə gələrək, məclis üzvlərinin suallarını cavablandırmalıdırlar.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün səhər məclisin açıq iclasının əvvəlində İran İslam Respublikasının Əsas Qanunun 88-ci maddəsinə işarə edərək, deyib: Əsas Qanunun bu barədəki məzmunu İran İslam Respublikası quruluşunda demokratiya təfəkürünün dərin olduğunu göstərir ki, bütün ölkə rəsmiləri cavabdeh olmağa borclu edir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani də sonra İran İslam Şurası Məclisi üzvlərindən bir qrupunun dövlətin əmtəə mal və valyuta qaçaqmalçılığına nəzarətdə müvəffəq olmaması, bank sanksiyalarının davam etməsi, dövlətin işsizlik göstəricisinin azaldılması sahəsində layiqincə addım atmaması, iqtisadi durğunluq və xarici valyutaların məzənnələrinin sıçrayışla arması barədəki suallarına cavab verib.
Ruhani İran İslam Şurası Məclisinin açıq iclasında ABŞ-ın dövlət başçılarına xitabən deyib ki, bugünkü iclas İranın məclisi, dövləti və məhkəmə hakimiyyətinin daha artıq birliyinə səbəb olacaq.
Ruhani bildirib ki, bütün rəsmilər qanun və öz vəzifələri çərçivəsində İran xalqına cavabdeh olmalıdırlar. O, əlavə edib: Dövlət çalışacaq ki, Amerikanın İran İslam Respublikası quruluşuna qarşı fitnələrini zərərsizləşdirsin.
İran İslam Şurası Məclisinin daxili nizamnaməsinə əsasən, məclis üzvlərinin prezidentdən beş sualı ayrı-ayrılıqda səsə qoyuldu ki, məclis üzvləri Ruhaninin bank sanksiyalarının davam etməsi barədəki cavabına qane olublar. Onlar prezidentin digər dörd suala verdiyi cavablarına qane olmayıblar.
İran İslam Şurası Məclisinin daxili nizamnaməsinə əsasən, əgər iclasda iştirak edən məclis üzvlərinin əksər hissəsi prezidentin bir suala verdiyi cavabına qane olmazsa, sual edilən mövzu qanun pozuntusu və ya qanundan yayınmaq hesab olunacaq və həmin sual İranın məhkəmə hakimiyyətinə göndəriləcəkdir.