Ruhani: Düşmənlər İrana qarşı psixoloji və iqtisadi müharibə aparmaq istəyirlər
İran İslam Respublikası prezidenti deyib: İslam inqilabının düşmənləri İran dövləti və xalqına qarşı psixoloji və iqtisadi müharibəni eyni-zmanda həyata keçirirlər.
İİR prezidenti Həsən Ruhani dünən axşam mədəni inqilab ali şurasında etdiyi çıxışında Amerikanın İran xalqına qarşı zalım sanksiyalarına toxunaraq deyib: İran İslam Respublikası xalqın məlumatı, ümidi və iştirakını artırmaqla hazırkı dövrü daha sürətlə və daha az xərclə arxada qoyacaq.
İranın mədəni inqilab ali şurasının sədri İran xalqının dini mədəniyyətini xatırladaraq deyib: İran xalqı digər mədəniyyətlərin o sıradan qərb mədəniyyətinin hücumu qarşısında mühafizə olunacaq.
İİR prezidenti hökumət həftəsi müasibəti ilə təbrik edərək deyib: Hökumətin xalqa xidmətdən başqa mövqeyi yoxdur və bu zaman kəsimində şəhid Rəcayi və şəhid Bahünərin getdiyi yolda özünün inqilabçı və milli öhdəliklərini yerinə yetirməyə səy göstərir.
Prezident Məhəmmədəli Rəcayi və baş nazir Məhəmmədcavad Bahünər 1981-ci ildə baş nazirlik binasında münafiqlər qruplaşması tərəfindən törədilmiş terrorçu partlayışda şəhid oldular. Onların xatirəsini anmaq üçün 24-30 avqust İranda hökumət həftəsi kimi qeyd olunur.