Sen 03, 2018 17:33 Asia/Baku
  • Zərif Suriyanın baş naziri və xarici işlər nazirləri ilə görüşüb
    Zərif Suriyanın baş naziri və xarici işlər nazirləri ilə görüşüb

Dəməşqdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyanın baş naziri və xarici işlər nazirləri ilə görüşərək, iki tərəfi maraqlandıran məsələlər haqda fikir mübadiləsi aparıb.

Məhəmməd Cavad Zərif bazar ertəsi günü Suriyanın baş naziri İmad Xəmis ilə görüşdə müqavimət cəbhəsinin son qələbələrini təbrik edərək, deyib: Suriya xalqı və dövləti bu qələbələrin ardınca ölkədə quruculuğa doğru hərəkət edəcək.

İranın xarici işlərn naziri Dəməşqdə yenidənqurma və bərpa işləri ilə bağlı sərginin keçirilməsini də müsbət qarşılayıb və belə bir sərginin keçirilməsini Suriyanın quruculuq yolundakı güclü iradəsinin nişanəsi adlandırıb.

Suriyanın baş naziri İmad Xəmis də bu görüşdə Dəməşqi dəstəklədiyi üçün İran İslam Respublikasına təşəkkür edib və deyib: İran və Rusiya kimi dost ölkələrin əməkdaşlığı və iştirakı habelə, bu ölkələrin özəl sektorunun dəstəyi ilə Suriyada quruculuq prosesi ciddi formada izləniləcək.

İranın xarici işlər naziri daha sonra Suriyanın xarici işlər naziri Vəlid Müəllim ilə görüşüb. Zərif bu görüşdə İranın terrorizm ilə mübarizədə Suriyanı dəstəklədiyini vurğulayıb.

Zərif həmçinin Suriyada siyasi prosesləri sürətləndirmək məqsədilə təşkil edilən Astana iclasının detallarına aydınlıq gətirərək, İran, Rusiya və Türkiyə prezidentləri arasında baş tutacaq Tehran görüşünü də elə bu istiqamətdə dəyərləndirib.

Suriyanın xarici işlər naziri Vəlid Müəllim də terrorizm ilə mübarizədə ölkəsini dəstəklədiyi üçün İran İslam Respublikasına təşəkkür edərək, Tehranın öz yardımlarını davam etdirməsini istəyib.

İran və Suriyanın xarici işlər nazirləri daha sonra iki tərəfli maraqlandıran məsələlərdən danışaraq, iqtisadi əlaqələrin genişləndirilməsi və İran şirkətlərinin Suriyanın bərpası prosesində aktiv iştirakı barədə danışıqlar aparıblar.

Zərif bu gün Suriyanın paytaxtı Dəməşqə səfər edib.

İran İslam Respublikasının xarici işlər naziri Suriya prezidenti Bəşşar Əsəd ilə də görüşməlidir.

Teqlər