Zərif: Tramp TŞ-yə sədrlikdən sui-istifadə etməyə çalışır
https://azeri.sahartv.ir/news/İran-i321800-zərif_tramp_tŞ_yə_sədrlikdən_sui_istifadə_etməyə_çalışır
İran İslam Respublikası xarici işlər naziri BMT-nin Təhlükəsizlik Şurasının iclaslarından birinin ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında keçirilməsinə reaksiya olaraq deyib: Tramp BMT TŞ-yə sədrlikdən sui-istifadə etməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2018 04:05 Asia/Baku
  • Zərif: Tramp TŞ-yə sədrlikdən sui-istifadə etməyə çalışır

İran İslam Respublikası xarici işlər naziri BMT-nin Təhlükəsizlik Şurasının iclaslarından birinin ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında keçirilməsinə reaksiya olaraq deyib: Tramp BMT TŞ-yə sədrlikdən sui-istifadə etməyə çalışır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin bildirdiyinə görə Məhəmməd Cavad Zərif çərşənbə günü öz şəxsi tvitter səhifəsində yazıb: Tramp ABŞ-ın Təhlükəsizlik Şurasına dövrü sədrliyindən sui-istifadə etməyə və Təhlükəsizlik Şurasının iclasını təhrif etməyə çalışır. 

Zərif əlavə edib: Tramp tam həyasızlıqla Fələstin məsələsi yerinə, Təhlükəsizlik Şurasının iclasında İran məsələsini gündəmə gətirmək istəyir.