Tehran Əfqanıstanda törədilən partlayışları qınadı
Sen 06, 2018 12:35 Asia/Baku
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində törədilən partlayışları qınayıb.
Çərşənbə günü Kabilin qərbində törədilən 2 partlayışda 22 nəfər həyatını itirib, 70 nəfər isə yaralanıb. Həlak olanlar arasında 2 jurnalist də var.
İŞİD bu terror aktının məsuliyyətini üzərinə götürüb.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasemi bu gün cümə axşamı Kabilin qərbində törədilən partlayışları qınayaraq, Əfqanıstan hökuməti, xalqı və hadisə qurbanlarının yaxınlıarının kədərini bölüşüb.