Qasemi: Tehran iclası regional inteqrasiya üçün dəyərli fürsətdir
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli Tehran iclasını müharibə meydanında diplomatiyanın qələbə çalması və terrorçuların Suriya xalqının iradəsinə təslim olması üçün münasib fürsət adlandırıb.
İran, Türkiyə və Rusiya prezidentləri sabah Tehranda bir araya gələrək, Suriya böhranını müzakirə edəcəklər.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi cümə axşamı İran qəzetində dərc olunmuş məqaləsində Tehran iclasının başlıca məqsədini Suriya böhranı üçün siyasi həll yolunun tapılması adlandırıb.
Qasemi əlavə edib: İran, Türkiyə və Rusiya arasındakı strateji əməkdaşlıqlar ötən 3 ildə terrorizm ilə mübarizədə xüsusilə İŞİD terrorizminin məhv edilməsində habelə, Suriyada bufer zonaların yaradılması və suriyalı didərginlərin vətənə qayıtmasında təsirli rola malik olub.
Qasemi həmçinin, ABŞ-ın hegemonçuluqlarına işarə edərək, deyib: İran, Türkiyə və Rusiya Vaşinqtonun birtərəfli və məntiqsiz istəklərini qəbul etmədikləri üçün təzyiqlərə və sanksiyalara məruz qalıblar. Və Tehran iclası bu üç ölkənin ABŞ-ın ədalətsizlikləri ilə mübarizədə atılacaq addımları koordinasiya etmək üçün münasib fürsət ola bilər.