Ərdoğan Tehrana daxil olub
-
Ərdoğan Tehrana daxil olub
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli iclasında iştirak etmək üçün bu gün tehrana daxil olub.
İran İslam Respublikası prezidenti Həsən Ruhani, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə bu gün Tehranda keçiriləcək üçtərəfli iclas bu üç prezidentin Soçi və Ankara iclaslarının davamıdır. Bu iclasların əsas mövzusu regional əməkdaşlıqlar və Suriyada sülh və təhlükəsizliyin bərqərar olunması yollarının araşdırılmasından ibarətdir.
Bu iclas İdlibin terrorçuların işğalından azad edilməsi üçün Suriya ordusunun əməliyyatı ərəfəsində keçirilir.
İran, Turkiyə və Rusiya prezidentlərinin Suriya böhranı mövzusunda üçtərəfli Tehran iclası ərəfəsində üç ölkənin yüksək səviyyəli nümayəndələri dünən görüşüblər.