Sen 07, 2018 18:25 Asia/Baku
  • Tehran sammitinin bəyanatı
    Tehran sammitinin bəyanatı

İran İslam Respublikası, Türkiyə və Rusiya prezidentləri Tehran iclasının yekun bəyanatında Suriyanın hakimiyyəti, istiqlaliyyəti, vəhdət və ərazi bütövlüyünü sadiq qaldıqlarını vurğulayıblar.

İran İslam Respublikası prezidenti Həsən Ruhani , Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün Tehranda keçirilən üçtərəfli sammit iclasından sonra yaydıqları yekun bəyanatda İŞİD, Cəbhətünnüsrə və BMT tərəfindən müəyyənləşdirilmiş  Əl-Qaidə və İŞİD-ə tabe olan Suriyadakı bütün qrupların məhv edilməsi istiqamətində əməkdaşlıqların davam etdirilməsindəki öz əzmkarlıqlarını vurğulayıblar. 

Bəyanatda deyilir: Suriya münaqişəsinin hərbi həll yolu ola bilməz və bu problem sadəcə siyasi prossesdə və müzakirə yolu ilə öz həllini tapa bilər. 

İran , Rusiya və Türkiyə prezidentləri Soçidə Suriya Milli Dialoq Konqresinin və BMT TŞ-nin 2254 saylı qətnaməsinin qərarları ilə eyni istiqamətdə siyasi prossesin inkişafı üçün aktiv əməkdaşlığın davam etdirilməsi üçün tam əzmkar olduqlarını bildiriblər. 

İran, Rusiya və Türkiyə prezidentləri həmçinin siyasi həll yoluna nail olmaq üçün suriyalıların idarəçiliyi strategiyası prossesini davam etdirmək məqsədi ilə müştərək səylərə təkid ediblər və konstitusiya komitəsinin öz fəaliyyətinə başlamasına yardım üzrə öz öhdəliklərini vurğulayıblar. 

Tehran sammitinin iştirakçıları suriyalılara öz adi həyatlarına qayırmaları və acınacaqlı vəziyyətlərinə son qoyulmasına yardım üçün səyləri himayə etməyi vurğulayaraq beynəlxalq ictimaiyyəti xüsusiylə BMT və humanitar qurumları Suriyaya yardımlarını humanitar yardımlar, minadan təmizlənmə əməliyyatları , infrasturukturun bərpası istiqamətlərində daha da gücləndirməyə çağırıblar. 

İran , Rusiya və İran prezidentləri həmçinin didərginlərin konullu və təhlükəsiz vəziyyətdə öz ev-eşiklərinə qayıtmaları üçün lazımı şəraitin yaradılmasını vurğulayıblar. 

Teqlər