Ruhani və Putin İran və Rusiya əlaqələrinin genişləndirilməsinə təkid etdilər
https://azeri.sahartv.ir/news/İran-i322076-ruhani_və_putin_İran_və_rusiya_əlaqələrinin_genişləndirilməsinə_təkid_etdilər
İran İslam Respublikası və Rusiya prezidentləri dünən Tehranda baş tutan üçtərəfli sammitin kənarında görüşərək, Tehran və Moskva arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların möhkəmləndirilməsinə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2018 08:36 Asia/Baku
  • Ruhani və Putin İran və Rusiya əlaqələrinin genişləndirilməsinə təkid etdilər

İran İslam Respublikası və Rusiya prezidentləri dünən Tehranda baş tutan üçtərəfli sammitin kənarında görüşərək, Tehran və Moskva arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların möhkəmləndirilməsinə təkid ediblər.

İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşdə iki ölkə əlaqələrinin ötən illər ərzində yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu deyərək, əlavə edib: Xoşbəxtlikdən İran və Rusiya əməkdaşlıqları iki ölkənin strateji əlaqələri çərçivəsində olub və bu gün ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi üçün iki ölkə arasındakı qarşılıqlı etimad və etibar ikitərəfli əlaqələr tarixində misli görünməmiş səviyyəyə yüksəlib. 

İran prezidenti daha sonra İran, Rusiya və Türkiyə prezidentlərinin üçüncü iclasının uğurlu alınmasından razılıq edərək, deyib: Bəlkə də bir neçə il öncə heç bir siyasətçi bu üç ölkənin regional bir problemin həllində belə bir təsirli və müsbət rol oynaya bilsin. 

Ruhani həmçinin, nüvə anlaşmasının formalaşmasındakı roluna görə Rusiyaya təşəkkür edib və deyib: ABŞ-ın qanunsuz olaraq nüvə anlaşmasından çıxmasına baxmayaraq, digər tərəflərin anlaşmanı qətiyyətli dəstəkləyəcəklərinə və öz öhdəliklərinə əməl edəcəklərinə inanırıq.

Rusiya prezidenti Vladimir Putin də bu görüşdə qonaqpərvərliyinə görə İran prezidentinə təşəkkür edərək, Tehran-Moskva əlaqələrini habelə, iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, nüvə və infrastruktur layihələrin icrası sahəsində yaxşı dəyərləndirib. 

Rusiya prezidenti nüvə anlaşmasının qorunmasına təkid edərək, deyib: Rusiya nüvə anlaşmasının digər tərəfləri ilə məsləhətləşmə  yolu ilə bu anlaşmanı qorumaq üçün həll yolunun tapılmasına çalışır və bu xüsusda aparılan danışıqlar BMT-nin Baş Assambleyası kənarında davam etdiriləcək. 

Rusiya prezidenti iki ölkə arasında bank əməkdaşlıqlarının genişləndirilməsinə  və ikitərəfli mübadilələrdə milli valyutadan istifadəyə təkid edərək, deyib: Rusiya şirkətləri İrandakı fəaliyyətlərini davam etdirəcəklər.