Sen 10, 2018 14:44 Asia/Baku
  • Brucerdi: Tramp ABŞ seçkilərində sionistlərin nüfuzundan istifadə etmək istəyir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisinin bağlanılmasına dair ABŞ rəsmilərinin təhdidlərinə reaksiya olaraq deyib: ABŞ prezidenti qarşıdan gələn seçkilərdə sionistlərin nüfuzundan istifadə etməyə çalışır.

Amerikada çıxan "Ual Street Jurnal" qəzeti yazır: Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu gün Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisinin bağlanılması xəbərini elan edəcək.

Əlaəddin Brucerdi Trampın sionistlərə istədikləri hər şeyi verdiyini deyərək, əlavə edib: ABŞ prezidenti qarşıdan gələn seçkilərdə qələbə çalmaq üçün sionistlərin geniş media imkanlarından faydalanmağa çalışır.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü deyib: Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin bağlanılması Fələstinlilərin dünya ölkələri və BMT yanındakı imicinə mənfi təsir buraxmayacaq. Fələstinlilər ABŞ-ın bu rəftarına görə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edə bilərlər.

ABŞ hökuməti Fələstin xalqının hüquqlarının tapdalanması və "əsrin anlaşması" planı çərçivəsində öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdü. Və son zamanlar Fələstinli Didərginlərə Yardım Agentliyinə maliyyə dəstəyini də kəsdi.

Teqlər