Cahangiri: İran tədbir ilə ABŞ-ın fitnələrini zərərsizləşdirir
İran İslam Respublikası prezidentinin birinci müavini ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsinə işarə edərək, deyib: İran ABŞ-ın bütün fitnələrini tədbir ilə zərərsizləşdirəcək və təhrimlərin öhdəsindən gələcək.
İRİB-nin verdiyi məlumata görə, İshaq Cahangiri bu gün bazar ertəsi Tehranın Elm və Sənaye Universitetində İranın ali təhsil ocaqları, universitetləri, təhqiqat mərkəzləri və texnologiya parklarının başçılarının iştirakı ilə keçirilən iclasda deyib: İran sanksiyalar fürsətindən istifadə və inkişaf yolunda addımlamağa davam edəcək.
Cahangiri ABŞ hakimiyyətinin siyasətlərinə və bu ölkə hökumətinin İran xalqına təzyiq göstərmək cəhdinə işarə edərək, deyib: Amerikalılar İrana hərbi müdaxilə niyyətində deyil. Çünki, bunun zərər və ziyanlarından agandır. Buna görə də on lar iqtisadi təzyiqlər və media təbliğatları ilə İranın ümumi fikrini təsir altına almağa çalışırlar.
İran İslam Respublikası prezidentinin birinci müavini əlavə edib: Amerikalıların İranın neft satışını sıfıra çatdıracaqlarına dair iddiaları yersizdir və onlar belə bir iş görə bilməzlər.
ABŞ prezidenti 8 may 2018-ci il tarixində Vaşinqtonun İran ilə nüvə nalaşmasından çıxdığını elan edərək, 4 noyabr 2018-ci il tarixinə kimi İranın neft, qaz və neft-kimya məhsulları ixracatını sıfır həddinə çatdıracağını dedi.
Vaşinqton dünya ölkələrindən İrana qarşı sanksiyalar çərçivəsində, İrandan neft, qaz və neft-kimya məhsullarının alışını dayandırmalarını istədi.
Bir çox ölkə o cümlədən Çini, Rusiya və Türkiyə kimi aparıcı dövlətlər ABŞ prezidentinin bu qərarına qarşı çıxıblar.