Sen 10, 2018 15:46 Asia/Baku
  • Şəmxani: İran xalqı heç vaxt zülm və ədalətsizliyə təslim olmayıb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İran xalqının heç vaxt zülm, ədalətsizlik və təhqir qarşısında təslim olmadığını və bundan sonra da təslim olmayacağını deyərək, düşmənləri və bədxahlarını zillətə düçar edəcəyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, Əli Şəmxani bazar ertəsi günü ABŞ-ın İrana qarşı qanunsuz sanksiyalarının məqsədini İran xalqının güc və qüdrət amillərini məhdudlaşdırmaq adlandırıb və deyib: İran xalqı təhlükəsizlik və müdafiə sahəsində olduğu kimi iqtisadiyyatda da özünü gücləndirə bilər.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin deyib: "Vurub, qaçmaq" dövrü başa çatıb və İrana qarşı istənilən düşmənçilik ən qətiyyətli formada cavablandırılacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: İran əleyhinə təxribatçılıqla məşğul olan bir terror qruplaşmasının İraq Kürdüstandakı qərargahının raket ilə hədəfə alınması İranın istənilən təhdidə qarşı cavabının nümunəsi sayılır.

Teqlər