General Rəhim-Səfəvi: Amerikalılar Asiyanın qərbini tərk etməyə məcburdurlar
İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib: İran regionda davamlı təhlükəsizliyin təmini ardıncadır və amerikalılar da Asiyanın qərbini tərk etməyə məcburdurlar.
General-leytenant pasdar Yəhya Rəhim Səfəvi bu gün Tehranda keçirilən bir mərasimdə bildirib ki, İran bu gün öz həyatının beşinci onilliyində regional bir qüdrətə çevrilibdir. O, əlavə edib: Bu gün İranın nüfuz qüdrəti Xəzər dənizi və Fars Körfəzindən Aralıq dənizinədək genişlənibdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanının baş müşaviri və köməkçisi söyləyib: İran İslam Respublikası inqilabın qələbəsindən sonra amerikalıların, sionistlərin və bəzi ərəb ölkələrinin koalisiyasını təkfirçi və terrorçu qrupları işə salmaq sahəsində uğursuzluğa düçar edə, həmçinin Suriya və İraq dövlətlərinin xahişləri ilə bu ölkələrdə təhlükəsizlik yarada bilibdir.
O, belə qeyd edib: İran regionun sabitliyi və sülhündə təsirli ola bilər və indiyədək öz strateji şərikləri ilə regionu dinclik və təhlükəsizliyə doğru sövq edə bilibdir.