Ruhani: Amerika İranda əmin-amansızlıq yaratmaq istəyir
https://azeri.sahartv.ir/news/İran-i323473-ruhani_amerika_İranda_əmin_amansızlıq_yaratmaq_istəyir
İran İslam Respublikasının prezidenti Əhvaz terror hücumundan təəssüf ifadə edib və vurğulayıb ki, Amerika İranda əmin-amansızlıq yaratmaq istəyir, amma buna müvəffəq olmayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2018 09:03 Asia/Baku
  • Ruhani: Amerika İranda əmin-amansızlıq yaratmaq istəyir
    Ruhani: Amerika İranda əmin-amansızlıq yaratmaq istəyir

İran İslam Respublikasının prezidenti Əhvaz terror hücumundan təəssüf ifadə edib və vurğulayıb ki, Amerika İranda əmin-amansızlıq yaratmaq istəyir, amma buna müvəffəq olmayacaqdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün səhər BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Tehrandan Nyu-Yorka yola düşməzdən öncə müxbirlər qarşısında bildirib ki, İran İslam Respublikası üçün Əhvaz terror hücumunun amilləri aydındır. O, əlavə edib: İran bu cinayətdən keçməyəcək və terrorçulara qətiyyətli cavab verəcəkdir.

Əhvaz terror hücumunun İran xalqının iradəsində təsirsiz olduğunu bildirən Ruhani vurğulayıb ki, insan haqları iddiaçıları bu cinayətə cavabdeh olmalıdırlar.

Nyu-York səfərinə də toxunan İran İslam Respublikasının prezidenti deyib: BMT Baş Assambleyasında iştirak, regional və beynəlxalq məsələlər barədə öz nəzərlərini bildirməsi istiqamətində İran üçün yaranmış bir fürsətdir.

"Bugünkü beynəlxalq şərait münasib deyil" deyən Ruhani söyləyib: Amerika BMT-dən sui-istifadə edir, halbuki bu ölkənin ixtiyarları bütün ölkələrin BMT-dəki ixtiyarları kimi olmalıdır.

ABŞ-ın nüvə anlaşmasından çıxması və İrana qarşı zalımcasına sanksiyalarına işarə edən İran İslam Respublikasının prezidenti vurğulayıb: Amerika İran xalqını özünün istiqlal üzrə qərarından peşman etmək istəyir, amma bunu eləyə bilməyəcək və mütləq özünün nəhs hədəflərində nakam qalacaqdır.