Sen 24, 2018 19:24 Asia/Baku
  • Zəngənə: Amerikanın İran neftinin ixracını boykot etmək röyası çin olmayacaq
    Zəngənə: Amerikanın İran neftinin ixracını boykot etmək röyası çin olmayacaq

İranın neft naziri bildirib ki, Cənubi Koreya çıxılmaq şərti ilə heç bir ölkənin İrandan neft satın alması kəsilməyibdir. O, vurğulayıb ki, Amerikanın İranın neft ixracatını sıfıra endirmək barədəki röyası çin olmayacaqdır.

İranın neft naziri Bijən Zəngənə bu gün Tehranda, OPEK və qeyri-OPEK neftinin təqdiminin azaldılması barədə razılaşmaya nəzarət üzrə müştərək nazirlik komitəsinin Əlcəzairdə keçirilən yığıncağına toxunaraq, deyib: Bu yığıncaqda neft hasilatı üzrə paylara sədaqətə təkid olunub və istehsalın artırılması barədə heç bir bəhsdən söz getmir.

OPEK və qeyri-OPEK neftinin təqdiminin azaldılması barədə razılaşmaya nəzarət üzrə müştərək nazirlik komitəsinin iclası dünən Əlcəzairdə keçirilib.

İranın neft naziri həmçinin ABŞ prezidentinin Fars Körfəzi ətrafındakı bəzi ölkələrin Amerikanın dəstəklərindən asılı olmalarına dair sözlərinə toxunaraq, vurğulayıb: Bu sözlər regionda Amerika ilə müttəfiq ölkələrə və onların xalqlarına qarşı ən böyük təhqirdir və onlar əməldə nə qədər müstəqil olduqlarını göstərməlidirlər.

Zəngənə bildirib ki, OPEK Amerikanın energetika nazirliyinin bir qolu deyil, müstəqil bir təşkilatdır. O, əlavə edib: Əlcəzair iclasında iştirak edən heç bir ölkə Trampın sözlərinə müsbət reaksiya vermədi və təqribən bütün ölkələr bildirdilər ki, istehsalın artırılmasına ehtiyac yoxdur.

Ərəbistan və Rusiyanın neft nazirləri dünən OPEK və qeyri-OPEK neftinin təqdiminin azaldılması barədə razılaşmaya nəzarət üzrə müştərək nazirlik komitəsinin iclasının kənarında neft hasilatının təcili surətdə hər cür artırılmasını rədd etdilər.

ABŞ bu il mayın 8-də nüvə anlaşmasından çıxaraq, bir daha İrana qarşı öz sanksiyalarını tətbiq etdi və hədələdi ki, İrandan neft alqısını davam etdirəcək hər bir ölkəni sanksiya edəcəkdir. Amerika İrandan neft satın alan ölkələrə noyabr ayınadək fürsət veribdir ki, özlərinin İrandan neft satın almalarını sıfıra endirsinlər.

Teqlər