Vilayəti: Trampın qarabasması heçvaxt yozulmayacaq
https://azeri.sahartv.ir/news/İran-i323661-vilayəti_trampın_qarabasması_heçvaxt_yozulmayacaq
İslam inqilabının böyük rəhbərinin müşaviri ABŞ prezidentinin iranlı rəsmilərlə görüş və müzakirə istəyi barədə deyib: ABŞ prezidenti Donald Trampın sayıqlaması yozulmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2018 13:59 Asia/Baku
  • Vilayəti: Trampın qarabasması heçvaxt yozulmayacaq
    Vilayəti: Trampın qarabasması heçvaxt yozulmayacaq

İslam inqilabının böyük rəhbərinin müşaviri ABŞ prezidentinin iranlı rəsmilərlə görüş və müzakirə istəyi barədə deyib: ABŞ prezidenti Donald Trampın sayıqlaması yozulmayacaq.

Əli Əkbər Vilayəti bu gün Tehranda müqəddəs müdafiə həftəsi ilə əlaqədar toplantının kənarında müxbirlərə açıqlamasında Amerikanın İranı neft satışından məhrum etmək cəhdlərinə toxunaraq deyib: İran Amerika qarşısında heç vaxt təslim olmayacaq və İran İslam Respublikasını aydın gələcək gözləyir.

Vilayəti gələcək dünyanın Amerikanın istilası altında olmayacağını bildirərək deyib: Gələcək dünya heç şübhəsiz ki, neçə qütblüdür və Rusiya, Çin və müqavimət cəbhəsi xüsusiyyət təşkil etməklə müsəlman ölkələr məcmusu kimi güclər eləcə də Avropa Birlyi dünanın gələcək gücləridirlər.