Sen 27, 2018 11:00 Asia/Baku
  • Ruhani: İran Venesuela ilə əməkdaşlığın hərtərəfli inkişafını alqışlayır

İran İslam Respublikası prezidenti deyib: Bu gün İran və Venesuela rəsmilərinin ən böyük vəzifəsi, iki ölkənin iqtisadiyyatlarını gücləndirmək və iki ölkə xalqlarının maraqları çərçivəsində həmkarlıqların genişləndirilməsi üçün ikiqat səy göstərməkdir.

Həsən Ruhani dünən Nyu-Yorkda Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşdə səmimi Tehran-Karakas əlaqələrinə toxunaraq, deyib ki, İran və Venesuela xalqları ardıcıl şəkildə Amerikanın hücumları və sanksiyalarına məruz qalıblar.

İran İslam Respublikası prezidenti sonra deyib: Amerikalılar həm dilaloqa çağırırlar, həm də İran hökumətini devirmək ardıncadırlar və elə təsəvvür edirlər ki, əgər xalqa təzyiq göstərsələr, özlərinin bu məqsədlərinə nail olacaqlar, amma bilmirlər ki, xalqa arxalanan bir hökumət təhdidə təslim olmayacaqdır.

Ruhani əlavə edib: Bu gün müstəqil ölkələr hərtərəfli münasibətləri genişləndirmək və düşmənlərin tamahkarlıqları qarşısında müqavimətlə onlara sübut etməlidirlər ki, tutduqları yol yanlışdır.

İran prezidenti bildirib ki, ABŞ prezidenti BMT-nin Təhlükəsizlik Şurasında öz qanun pozan hərəkətləri çərçivəsində yeni bir məğlubiyyəti təcrübə etdi və bütün ölkələr nüvə anlaşmasına dəstək verdilər. O, deyib: İran İslam Respublikası Latın Amerikası ölkələri, xüsusilə Venesuela ilə əlaqə və həmkarlıqların hərtərəfli şəkildə genişlənməsini alqışlayır.

Venesuela prezidenti Nikolas Maduro da bu görüşdə Venesuelanın dövləti və xalqının Əhvaz terror hadisəsilə bağlıı İran xalqının kədərinə şərik çıxdıqlarını bildirib, bu hadisə ilə bağlı başsağlığı verərək, deyib: Düşmənlər terrorizmdən istifadə ilə xalqların mənafelərinə yiyələnmək istəyirlər ki, onların qarşısında dayanmaq gərəkdir.

Venesuela prezidenti deyib: İran və Venesuela kimi müstəqil ölkələr arasında münasibət və həmkarlıqların hərtərəfli şəkildə genişlənməsi iki ölkə xalqlarının xeyrinə olaraq, düşmənlərin məğlubiyyətlərinə səbəb olacaqdır.

İran İslam Respublikası prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə bazar günü Nyu-Yorka daxil olub. O, bu sessiyanın kənarında müxtəlif Avropa, Amerika və Asiya ölkələrinin başçıları ilə görüşlər keçiribdir.

Teqlər