Sen 27, 2018 17:32 Asia/Baku
  • Qoşulmama hərəkatı nüvə anlaşmasını dəstəkləyib

Qoşulmama hərəkatı ABŞ prezidentinin sədrliyi ilə BMT TŞ-nin iclasından sonra nüvə anlaşmasını himayə edib.

Qoşulmama hərəkatı dünən nüvə anlaşmasını dəstəkləyib, Amerika tərəfindən nüvə silahlarının modernləşdirilməsini pisləyib və sonda NPT-də öz öhdəliklərinə sadiq qalmayan ölkələri tənqid edib.

Qoşulmama hərəkatı öz mövqeyini elan etdiyi sənəddə NPT-nin cahanşümulluğunu vurğulayaraq, nüvə silahları sahəsində kollektiv konvensiyanın bağlanmasını istəyib.

Qoşulmama hərəkatına üzv 120 ölkə həmçinin sionist rejimin nüvə silahlarını pisləyib və bu silahların Yaxın Şərq regionunda və daha geniş miqyasdakı təhdidinə toxunaraq, bu rejimin NPT-yə qatılmasını istəyibdir.

Qoşulmama hərəkatının üzvləri elə bu çərçivədə İranın nüvə silahları olmayan məntəqənin yaradılmasına dair təklifinə işarə edərək, onun reallaşmasının sürətləndirilməsi üzrə səylərin artırılmasını istəyiblər.

Qoşulmama hərəkatı bildirib ki, Amerika kimyəvi silahların qadağan edilməsi konvensiyasına əsasən, özünün bütün kimyəvi silahlarını 2012-ci ilədək məhv etməli idi. Bu hərəkat Amerikadan istəyibdir ki, özünün yerdə qalan kimyəvi silahlarını tez bir zamanda məhv etsin.

Qoşulmama hərəkatı həmçinin kütləvi qırğın silahlarının yeni növünün istehsal edilməsinin qarşısının alınmasını və terrorçuların bu cür silahlar əldə etmələrinin əngəllənməsini istəyibdir.

Teqlər