Qasemi: ABŞ-ın İrana qarşı yeni sanksiyaları beynəlxalq qanunlara aşkar hörmətsizlikdir
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın İrana qarşı yeni sanksiyalarını beynəlxalq qanunlara və beynəlxalq hüquq normalarına aşkar hörmətsizlik adlandıraraq, bunun Vaşinqtonun İran xalqına düşmənçiliyindən qaynaqlandığını deyib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi çərşənbə günü daha bir qrup İran şirkətinin adının ABŞ tərəfindən sanksiyalar siyahısına salınmasına reaksiya olaraq, bunu ABŞ-ın İran xalqına qarşı təzyiq və psixoloji savaşının davamı adlandırıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "ABŞ hökuməti İrana qarşı təzyiqləri artırmaqla, İran xalqını himayə özrə səsləndirdiyi öncəki iddialarının əksinə olaraq, zalımcasına və beynəlxalq hüquq normalarına zidd şəkildə İran xalqını maraqlarını təhdid edir. Amma, bununla heç bir şey əldə edə bilməyəcək."
Qasemi Beynəlxalq Haaqa Məhkəməsinin İran ilə münaqişənin dərinləşməsinə səbəb olacaq addımlardan çəkinilməsinə dair qərarına işarə edərək, deyib: "ABŞ hökumətinin seçdiyi yol və bu ölkənin beynəlxalq hüquq normalarına riayət etməməsi sadəcə İran xalqının deyil, dünyanın sabitliyi və təhlükəsizliyini təhdid edir. İran və beynəlxalq ictimaiyyət xoşməramlılıq əsasənda, ABŞ-ın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasının ardınca, İranın bu beynəlxalq anlaşma çərçivəsində öz mənafeyini təmin edə bilməsinə şərait yaratmağa çalışır."
ABŞ-ın Maliyyə Departamenti çərşənbə axşamı İranın 20 bank, şirkət və qrumunun adını İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ilə əlaqəyə malik olmaq və terrorizm ilə mübarizə aparmaq adı altında sanksiyalar siyahısına daxil edib.