Okt 28, 2018 14:08 Asia/Baku
  • İshaq Cahangiri - İranın vitse prezidenti
    İshaq Cahangiri - İranın vitse prezidenti

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib ki, amerikalılar heç bir vəchlə İran neftinin satışını dayandırmağa qadir olmayacaqlar.

İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cəhangiri bu gün Tehranda "Sağlamlıq Sığortası" milli gününün qeyd olunması mərasimində İran neftinin heç bir alternativinin mövcud olmadığını vurğulayıb. O, əlavə edib: İran ötən aylarda 2,5 milyon barel neft ixrac edirdi, indi ola bilsin, bir neçə min barel azalmış olsun, amma İranın neft ixracatı dayanmayacaqdır.

Cəhangiri söyləyib: Amerikanın dövlət başçıları yalandan dünya xalqlarına və amerikalılara deyirlər ki, neftin qiymətinin artmaması üçün Ərəbistan və digər ölkələrin nefti İran neftinin yerini tutmalıdır.

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: İran bundan öncə nefti otuz dollara satırdı, indi isə səksən dollara satır və əgər amerikalılar İran neftinin satışını dayandıra bilsəydilər, mütləq neftin qiyməti yüz dolları ötüb keçmiş olardı.

Amerika nüvə anlaşmasından çıxaraq, bir daha anti-İran sanksiyalarını tətbiq etdi və hədələyərk bildirdi ki, İrandan neft alqısını davam etdirəcək hər bir ölkəyə sanksiya tətbiq edəcəkdir.

Amerika noyabr ayınadək İrandan neft alan tərəflərə fürsət veribdir ki, bu alqını sıfıra endirsinlər. Lakin neft üzrə dünya bazarlarında müşahidə olunan gerçəkliklər OPEK-in üçüncü neft istehsalıçısı kimi İranın kənara qoyulmasının mümkünsüz olduğunu göstərir.

Teqlər