Okt 30, 2018 19:18 Asia/Baku
  • İranın vitse-prezidenti və İraqın prezidenti iki ölkə əlaqələrinin genişləndirilməsinə təkid ediblər
    İranın vitse-prezidenti və İraqın prezidenti iki ölkə əlaqələrinin genişləndirilməsinə təkid ediblər

İran İslam Respublikasının vitse-spikeri Nəcəf hava limanında Ərbəin yürüşünü zülmə qarşı olan İslamın bərpası adlandırıb və Hüseyn(ə) aşiqi olan milyonlarla insanın bu mərasimdə iştirakını yüksək qiymətləndirib.

İshaq Cahangiri bu gün səhər Hüseyn(ə) Ərbəini ilə bir vaxtda İraqın Nəcəf şəhərinə olan bir günlük səfəri zamanı İmam Əli(ə)-ın məqbərəsini ziyarət edib.

İranın vitse-prezidenti həmçinin, İmam Əlinin(ə) hərəmini ziyarət etdikdən sonra İmam Əlinin(ə) məqbərəsinin genişləndirilməsi əməliyyatı ilə yaxından tanış olub.

İranın vitse-prezidenti daha sonra deyib: Ərbəin yürüşü müsəlmanların xüsusilə İran və İraq dövləti və xalqının qüdrətn nişanəsinə çevrilib.

İran İslam Respublikasının vitse-prezidenti Ərbəin  yürüşündə iştirak etmək üçün Nəcəfə olan səfəri zamanı İraq prezidenti Bərhum Saleh ilə də telefon əlaqəsi saxlayaraq, iki ölkə arasında əlaqələrin genişləndirilməsinə təkid edib.

Teqlər