Moskva və Tehran İranın SPFS-ə qoşulması barədə danışıqlar aparırlar
Yüksək vəzifəli bir rus rəsmi Moskva ilə Tehranın İranın maliyyə mübadilələri üçün Rusiyanın maliyyə məlumatlarının ötürülməsi sistemi- SPFS-ə qoşulması barədəki danışıqlarından xəbər verib.
Rusiya Dövlət Dumasının maliyyə işləri komissiyasının sədri Anatoli Aksakov dünən IRIB ilə müsahibədə bu xəbəri verib və sonra belə deyib: İran ilə Rusiya arasında əməkdaşlıq üzrə texniki mexanizmlər yaradılıb və iranlı şirkətlərlə birbaşa həmkarlıq və ödəniş imkanı mövcuddur.
Aksakov bildirib ki, Rusiyanın maliyyə məlumatlarının ötürülməsi sistemi- SPFS-in istifadəçilərinin sayı ümumdünya banklararası maliyyə kanalları əlaqəsi cəmiyyəti- SWIFT-in istifadəçilərinin sayından çoxdur. O, deyib: Hazırda Çin, İran, Türkiyə və bir neçə digər ölkə ilə bu ölkələrin mərkəzi bank sistemlərinin rus sistemi ilə koordinasiyalarının yaradılması üzrə müzakirələr gedir.