İranın 13 aban yürüşü dünya medialarında
İranda keçirilən "Dünya imperializmi ilə milli mübarizə günü" yürüşü dünya medialarında geniş şəkildə işıqlandırılıb.
İran xalqı 13 aban yürüşündə "Amerikaya ölüm!" və "sionist rejimə ölüm!" şüarları verib. Bu elə bir haldadır ki, Vaşinqton nüvə anlaşmasından birtərəfli surətdə çıxandan sonra İrana qarşı sanksiyalarını yenidən tətbiq edibdir.
CNN telekanalı da 13 aban anti-imperialist yürüşünü işıqlandıraraq, xəbər verib: Amerikanın İrana qarşı sanksiyalarının bərpa olunması ərəfəsində bu ölkənin xalqı Amerikanın Tehrandakı sabiq səfirliyi önünə toplaşaraq, anti-Amerika aksiyası keçirib.
Rusiyanın "Sputnik" informasiya agentliyi də belə məlumat verib: Minlərlə iranlı Amerika səfirliyinin ələ keçirilməsinin 39-cu ildönümünü qeyd etmək üçün noyabrın 4-də küçələrə çıxıb.
Röyters də İranda 13 aban yürüşü barədəki reportajında Sepah-ın baş komandanı general-mayor pasdar Mohəmməd Əli Cəfərinin çıxışına yer verib.
Livanın Əlməyadin, Qətərin Əlcəzirə və Fransanın Frans-24 telekanalları da Tehranda keçirilən 13 aban yürüşündən bəzi hissələri birbaşa şəkildə yayıblar.