Noy 05, 2018 19:50 Asia/Baku
  • "Vilayət-97" manevrində "3 Xordad" raketi sınaqdan keçirilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın aviasiya və kosmonavtika qüvvələrinin "3 Xordad" raket sistemi habelə, İran ordusunun hava hücumundan müdafiə qüvvələrinin "Sirac" artilleriya qurğusu "Vilayət-97" manevrində uğurla sınaqdan keçirilib.

Sepah Nyus-un verdiyi məlumata görə, İran İslam Respublikası silahlı qüvvələrinin birgə manevri bu gün İran ordusunun baş komandan müavini Həbibullah Səyyarinin iştirakı ilə ölkənin şimal, qərb və mərkəz hissəsində başlanıb.

"3 Xordad" raket sistemi 12 may 2014-cü ildə İnqilab Rəhbərinin Sepah-ın aviasiya və kosmonavtika sərgisinə baxışı zamanı təqdim edilmişdi. Bu raket sistemi 50 kilometrlik məsafədə olan hədəfi yüksək dəqiqlik ilə məhv etməyə qadirdir. Bu sistem həmçinin eyni zamanda 4 hədəfi izləmək və eyni anda 8 raket buraxmaqla hədəfləri məhv etmək imkanına malikdir.

"Sirac" artilleriya sistemi də ilk dəfə olaraq bu manevrdə sınaqdan keçirilib. Bu artilleriya qurğusu düşmənin uçan aparatlarını məhv etməyə ixtisaslaşdırılıb.

Teqlər