Noy 13, 2018 11:16 Asia/Baku
  • İran sionistlərin Qəzzədəki cinayətlərini pisləyib
    İran sionistlərin Qəzzədəki cinayətlərini pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist hərbçilər tərəfindən Qəzzədə islami müqavimət komandanlarından birinin terror və bir qrup fələstinli mübarizin şəhid edilməsini pisləyib.

Sionist rejimi regionda dövlət terrorizminin bariz nümunəsi adlandıran Bəhram Qasemi belə deyib: Qüdsü işğal etmiş rejimin terror, cinayət və təcavüz serialı Amerika hökumətinin dəstəyi və təşviqi, eləcə də bəzi region ölkələrinin sükutu və müşayiəti ilə davam etməkdədir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin terror və hərb maşınının dayandırılması üçün beynəlxalq təşkilatların təcili şəkildə işə qarışmalarını istəyib.

Sionist rejim bazar günü gecə və bazar ertəsi günü Qəzzəyə hücum edərək, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanlarından Nurəddin Muhəmməd Səlamə Birkə daxil olmaqla Fələstin müqavimət qüvvələrindən azı yeddi nəfəri şəhid edib.

Teqlər