İran Hələbə qarşı kimyəvi hücuma reaksiya verib
-
İran Hələbə qarşı kimyəvi hücuma reaksiya verib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü terror qruplarının Suriyanın Hələb şəhərindəki yaşayış massivlərinə qarşı son kimyəvi hücumunu pisləyib.
Bəhram Qasemi terror qruplarının Suriyanın Hələb şəhərindəki yaşayış massivlərinə qarşı son kimyəvi hücumundan nigarançılıq edərək, deyib: Terror qrupları tərəfindən bu cür qeyri-insani hərəkətlərin edilməsinin səbəbi, bəzi region və qeyri-region ölkələrinin bu terror qruplarına əllərindən gələn fikri, siyasi, maliyyə və hərbi dəstəklər vermələridir.
Terrorçular dünən gecə Suriyanın Hələb şəhərindəki yaşayış massivlərini xlor qazına malik raketlərlə hədəfə alıblar.
Terrorçuların Hələbə qarşı kimyəvi hücumu nəticəsində azı yüz Suriya vətəndaşı xlor qazı ilə tənəffüs nəticəsində boğuntu halına düşdüyünə görə, xəstəxanaya köçürülüb.