Zərif: ABŞ Əl-Qaidə və İŞİD-i silahlandırır
İran İslam Respublikasının xarici işlər naziri ABŞ silahlarının terrorçu qrupların ixtiyarına verilməsi məsələsinə işarə edərək, deyib: Vaşinqton regionda davamlı böhran və gərginlik ardıncadır.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Yəmənə köçürülən və bu ölkədəki terrorçu qrupların ixtiyarına verilən silahlarla bağlı yayımlanmış hesabata işarə edərək, deyib: Vaşinqton regionda gərginliyin və böhranın qalıcı olmasını və bu yolla öz mənfur və çirkin siyasətlərini əsaslandırmaq istəyir.
Zərif "Qardiyan" qəzetinin yaydığı hesabatı öz tvitter hesabında paylaşaraq, yazıb: Sanki, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin müharibə cinayətlərində hərbi, tədarükat və informasiya dəstəyi ilə iştirak kifayət etmir. Və Amerika Əl-Qaidə və İŞİD kimi ifratçı qrupları daha artıq silahlandırmağa çalışır.
"Təhqiqat jurnalistikası üçün ərəb jurnalistlər" adlı qrup Qardian qəzetində dərc olunmuş hesabatında bildirir: Ərəbistanın başçılıq etiyi anti-Yəmən koalisiyası "Yekun İstehlakçı" qanunun pozaraq, Qərb ölkələrindən aldığı silahları Yəməndəki ifratçı, separatçı və terrorçu qrupların ixtiyarına verir.