Dek 07, 2018 11:09 Asia/Baku
  • Cahangiri: İran öz raketlərinin mənzillərini təyin etmək üçün kimsədən icazə almayacaq

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: İran öz xalqını müdafiiə etmək üçün raket düzəltmək səmtinə gedib və öz raketlərinin mənzillərini təyin etmək üçün bir kəsdən icazə almayacaq.

İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri Yaponiyanın Kiodo xəbər agentliyi ilə müsahibədə bildirib ki, İran raketləri müdafiə və önləyicilik xüsusiyyətinə malikdirlər. O, vurğulayıb: İran hər bir təhdidlə mübarizə aparacaq və öz müdafiə ehtiyacı ilə mütənasib olaraq raket düzəldəcək.

Dünya ölkələrinin ABŞ-ın siyasətləri qarşısında dayanmalarının önəmini vurğulayan İran İslam Respublikasının birinci vitse-prezidenti ümidvarlıqla söyləyib: Yaponiya dövləti daxil olmaqla bütün dövlətlər dünyada öz istiqlaliyyətlərini qoruya bilmək və Amerikanın özbaşınalıqlarına mane olmaq üçün əllərindən gələni edəcəklər.

İran İslam Respublikasının birinci vitse-prezidenti həmçinin səmimi İran-Yaponiya əlaqələrinə toxunub. Bildirib ki, İran Yaponiya dövləti və yapon şirkətlərlə müzakirə edərək, ABŞ-ın müdaxiləsi olmadan qarşılıqlı ticarət mübadilələrini davam etdirmək üçün yeni yollar tapmağa hazırdır.

Teqlər