İranın parlament heyəti Moskvaya səfər edib
Dek 07, 2018 15:27 Asia/Baku
İran İslam Respublikası-Rusiya parlament dostluğu qrupunun iranlı heyəti "Müasir dünyada parlamentlərin rolu" adlı parlament konfransında iştirak etmək üçün Moskvaya səfər edib.
İran İslam Respublikası-Rusiya parlament dostluğu qrupunun iranlı heyəti Moskvada olacağı dörd gün ərzində "Müasir dünyada parlamentlərin rolu" adlı parlament konfransında iştirak etməkdən əlavə, Rusiyanın siyasi və parlament rəsmiləri ilə görüşərək, onlarla qarşılıqlı həmkarlıqların genişləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparmalıdır.
İran İslam Respublikası-Rusiya parlament dostluğu qrupunun iranlı heyətinə İran parlamentinin üzvü Ramazanəli Sobhanifər başçılıq edir.
Teqlər