Dek 13, 2018 17:18 Asia/Baku
  • İranın ixracat potensialı sərgisi Tehranda işə başladı

İran İslam Respublikasının ixracat potensiallarını nümayiş etdirən üçüncü "İran Ekspo-2018" sərgisi bu gün Tehranda işə başlayıb.

İRİB-nin verdiyi məlumata görə, Tehranda işə başlayan "İran Ekspo-2018" sərgisi İran məhsullarının ixracat potensiallarını və mövcud fürsətlərin tanıtdırılması üçün münasib məkan hesab olunur.

Yerli və xarici iş adamları üçün 300 iclasın təşkil edilməsi, texnologiyalar və məhsulların satışının sadələşdirilməsi və müxtəlif xdimətlərin tklif edilməsi bu sərginin əsas xüssiyyətlərindən sayılır.

Tehranda keçirilən İran Ekspo-2018 sərgisində 270  yerli şirkət və dünyanın 60 ölkəsindən gəlmiş 600 iş adamı iştirak edir.

Teqlər