Lavrov: Rusiya Ukrayna ilə müharibə etmək istəmir
-
Lavrov: Rusiya Ukrayna ilə müharibə etmək istəmir
Rusiyanın xarici işlər naziri Moskvanın Ukraynaya müharibə elan etməyəcəyini dedi.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: Ukrayna ilə diplomatik əlaqələrin kəsilməsinə zərurət yoxdur.
Rusiyanın xarici işlər naziri həmçinin deyib: Ukrayna əhalisinin soçu bu ölkənin bacarıqsız hökumətindən narazıdır. Və Rusiya ilə normal əlaqələrin tərəfdarıdırlar.
Lavrov əlavə edib: Kiyev Rusiya ilə sərhədlərdə gərginlik yaratmaqda davam edir. Və bu ölkə prezidenti Petro Poroşenko da dekabr ayının sonları üçün təhrikedici bir plan nəzərdə tutub.
Rusiya - Ukrayna əlaqələrində gərginlik Ukraynanın 3 hərbi gəmisinin 25 noyabr 2018-ci ildə Qara dəniz ilə Azov dənizi arasındakı Kerç boğazından keçərək, Krım yarımadası sularına daxil olmasından sonra, bu gəmilərin Rusiya tərəfindən saxlanılması və hər üç gəminin ekipaj üzvlərinin həbs olunmasının ardınca gərginləşib.