Dek 21, 2018 14:58 Asia/Baku
  • İran və Rusiya regional və beynəlxalq əməkdaşlıqlara təkid ediblər
    İran və Rusiya regional və beynəlxalq əməkdaşlıqlara təkid ediblər

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və Rusiyanın xarici işlər nazirinin müavini iki ölkənin regional və beynəlxalq əməkdaşlıqlarına təkid ediblər.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçı və İranın Moskvadakı səfiri Mehdi Sənayi bu gün Moskvada Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşdə onunla ən mühüm siyasi, regional və beynəlxalq məsələlər, həmçinin ikitərəfli əlaqələr barədə danışıblar.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini bu görüşdə deyib: İran və Rusiyanın regional və beynəlxalq məsələlər sahəsindəki həmkarlıqları yaxşı səviyyədədir və iki ölkə bu məsələlərdə əsasən müştərək mövqelərə malikdir.

Seyid Abbas İraqçı əlavə edib: Dünya problemləri başlıca olaraq Amerikanın və onun bəzi müttəfiqlərinin regiondakı yanlış siyasətlərindən qaynaqlanır.

Rusiyanın nüvə anlaşmasındakı mövqeyini alqışlayan İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini söyləyib: Nüvə anlaşması diplomatik bir nailiyyətdir və Amerika onu aradan götürmək üzrə səyi ilə diplomatiyanı beynəlxalq səviyyədə zəiflədir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da öz növbəsində iki ölkə arasında siyasi dialoqların genişlənməsinə təmayül ifadə edib. O, deyib: Bu dialoqlar nəinki iki ölkə üçün, həm də regionda və dünyada çiçəklənmə və təhlükəsizliyin təmini üçün böyük önəmə malikdirlər.

O, əlavə edib: Rusiya və İran mötəbər şəriklərdirlər və İranın beynəlxalq səviyyədəki dəstəyinə görə, təşəkkür edirik.

Rusiya xarici işlər nazirinin müavini vurğulayıb: Biz Amerikanın İrana qarşı birtərəfli sanksiyalarına mane olmaq üzrə səylərimizi edəcəyik və nüvə anlaşmasının icrasına əzmkarıq.

 

Teqlər