Dek 24, 2018 21:27 Asia/Baku
  • Zərif: ABŞ-ın Suriyadakı varlığı ilk başdan qeyri-qanuni idi
    Zərif: ABŞ-ın Suriyadakı varlığı ilk başdan qeyri-qanuni idi

İran İslam Respublikasının xarici işlər naziri deyib: ABŞ heç vaxt İŞİD terror qruplaşması ilə mübarizə aparmayıb və Suriyadakı varlığı bu ölkə xalqının xeyrinə olmayıb.

Məhəmməd Cavad Zərif bazar ertəsi günü Əl-Məyadin informasiya kanalına verdiyi müsahibədə deyib: ABŞ-ın Suriyadakı iştirakı ilk başdan qeyri-qanuni olub və ABŞ-ın Suriya ilə bağlı planına dair kifayət qədər məlumat mövcud deyil. 

ABŞ prezidenti Donald Tramp 19 dekabrda bu ölkə hərbçilərinin tezliklə Suriyadan çıxacaqlarını bildirdi. 

İranın xarici işlər naziri həmçinin, Tehranın ABŞ-ın nüvə anlaşmasından çıxmasından sonra bir çox seçimə malik olduğunu deyərək, İranın öz milli mənafeyinə uyğun hərəkət edəcəyini bildirib. 

Zərif əlavə edib: Avropalılar nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl etməlidirlər. Əgər onlar praktiki addımlar atmazlarsa, İran onları gözləməyəcək. 

Zərif daha sonra məntəqə ölkələrinin bir-birinə qarşı olmamalı olduğunu deyərək, regionda təhlükəsizliyin birgə şəkildə təmin edilməli olduğunu bildirib və deyib: Ərəbistan Yəmən əleyhinə savaşa  onlarla milyard dollar vəsait xərcləyib. Amma, bunun müqabilində nə əldə edib?

Zərif Türkiyənin Suriya ərazisində hərbi əməliyyatı ehtimalı barədə də deyib: İran terrorçularla bağlı Türkiyənin narahatlığını dərk edir. Amma, Suriya hökuməti ilə razılaşdırılmamış qaydada hərbi əməliyyatların həyata keçirilməsi böhranın həllinə kömək etməyəcək. 

Teqlər