Yan 06, 2019 21:31 Asia/Baku
  • İranın quru sərhədlərindən ixracat 11 faiz artıb
    İranın quru sərhədlərindən ixracat 11 faiz artıb

Ötən doqquz ayda İranın quru sərhədlərindən əmtəə mal ixracatı 5,5 milyon tondan çox olubdur.

İranın şose nəqliyyatı və yol məsələləri təşkilatının informasiya və rabitə texnologiyaları şöbəsinin müdiri Hoseyn Motəvəlli Həbibi deyib: 1397-ci günəş ilinin doqquz ayında İranın quru sərhədlərindən ixrac olunmuş əmtəə mallarının həcmi öncəki ilin müvafiq dövrü ilə müqayisədə on bir faiz artıbdır.

Motəvəlli Həbibi həmçinin deyib: Ötən doqquz ayda İranın quru sərhədlərindən bir milyon 336 min ton neft və qeyri-neft məhsulları idxal olunubdur ki, öncəki ilin müvafiq dövrü ilə müqayisədə on dörd faiz azalmaya malik olubdur.

Teqlər