İranın qərbində zəlzələ nəticəsində onlarla nəfər bədən xəsarəti alıb
https://azeri.sahartv.ir/news/İran-i331913-İranın_qərbində_zəlzələ_nəticəsində_onlarla_nəfər_bədən_xəsarəti_alıb
İranın Kermanşah vilayətində yerləşən Gilaneqərb məntəqəsinin ətrafında Rixter şkalası ilə 5,9 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 75 nəfər bədən xəsarəti alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2019 05:51 Asia/Baku
  • İranın qərbində zəlzələ nəticəsində onlarla nəfər bədən xəsarəti alıb
    İranın qərbində zəlzələ nəticəsində onlarla nəfər bədən xəsarəti alıb

İranın Kermanşah vilayətində yerləşən Gilaneqərb məntəqəsinin ətrafında Rixter şkalası ilə 5,9 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 75 nəfər bədən xəsarəti alıb.

Zəlzələ dünən axşamçağı İranın Gilaneqərb məntəqəsinin ətrafında, yerin on kilometr dərinliyində baş veribdir.

Kermanşah tibb elmləri universitetinin müalicə məsələləri üzrə rektor müavini Bəhmən Roşəni deyib ki, bədən xəsarəti alanların əksər hissəsi məkandan qaçma üstündə bu problemlə üzləşibdir.

Roşəni Kermanşah vilayətinin bütün xəstəxanaları və müalicə mərkəzlərinin tam hazır vəziyyətə gətirilmələrinə işarə edərək, əlavə edib: Yardımçılar vaxtında hadisə yerinə göndəriliblər.

Bu yeraltı təkan İraqda da hiss olunubdur.