Şəmxani: Qərbi Asiya ölkələri arasında geniş məşvərət zəruridir
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Qərbi Asiya ölkələri arasında geniş məşvərətlər və birbaşa danışıqları qaçılmaz bir zərurət adlandırıb.
Əli Şəmxani Tehranda "Qərbi Asiyada Müdafiə və Təhlükəsizlik" adlı beynəlxalq konfransda deyib: Düşmənlər region ölkələri arasında birbaşa fikir mübadiləsindən irəli gələn boşluqlardan sui-istifadə edirlər və psixoloji əməliyyat, şayiələrin təlqini, həmçinin medialar və virtual mühit zəminindən bəhrələnməklə region ölkələri arasında həmkarlıq və kollektiv təhlükəsizliyin formalaşmasının qarşısını almaq niyyətindədirlər.
Şəmxani xarici silahlar anbarı və alqısının dayandırılmasını region ölkələri arasındakı gərginliyin azaldılması üçün qaçılmaz zərurət adlandırıb və belə qeyd edib: Müştərək həmkarlıqla region səviyyəsində terror qrupları ilə güzəştsiz, geniş və qətiyyətli mübarizənin davam etməsi Qərbi Asiyanın terrorizmdən zərər çəkmiş məntəqəsində təhlükəsizliyin təmini üçün zəruri strategiyadır.
Şəmxani region ölkələri arasında siyasi, iqtisadi, mədəni və kiber anlaşmaları səviyyəsinin genişlənməsini inkişaf və tərəqqi üçün bir zəmin adlandırıb və belə əlavə edib: Əgər iqtisadiyyat və mədəni inanclar islah olunarsa, mütləq təkfirçi ünsürlər tərəfindən gənclərin problemlərindən sui-istifadə və ya beyin təmizlənməsi minimuma enəcəkdir.
Şəmxani habelə milli təhlükəsizlik sahəsində yenicə meydana gəlmiş təhdidlərə toxunaraq, ölkələrin virtual sərhədlərinin müdafiəsi üçün kompüter detalları və proqramları sahələrində mütəşəkkil kiber təhdidləri ilə mütəşşəkkil mübarizəni zəruri adlandırıb və ümidvarlıq edibdir ki, region ölkələrinin əməkdaşlıqları ilə Asiyanın qərbində sülh, sabitlik, yerli və davamlı təhlükəsizlik, rifah, asayiş və inkişaf reallaşacaqdır.