İran dünyada narkotik maddələri külli miqdarda aşkar edən yeganə ölkə
Yan 17, 2019 17:48 Asia/Baku
İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin narkotiklərlə mübarizə idarəsinin rəisi deyib: İran İslam Respublikası narkotik maddələrlə mübarizə üzrə dünyada öncül ölkələrdən biridir.
Mehr informasiya agentliyinin bildirdiyinə görə, narkotiklərlə mübarizə üzrə polis rəisi Məhəmməd Məsud Zahidiyan xarici ölkə rəsmilərinin İran polisinin narkotiklərlə mübarizə üzrə daimi sərgisinə baxış keçirməsi zamanı deyib: İran aşkar edilən narkotik maddələrin həcmi baxımdan dünyada birinci ölkə sayılır.
Məhəmməd Məsud Zahidiyan həmçinin, Əfqanıstanda narkotik istehsalının artmasına işarə edərək, deyib: 2001-ci ildə Əfqanıstanda istehsal edilən narkotikin miqdarı 185 ton idisə, bu gün həmin rəqəm 10 min tondan daha çoxdur.