Yan 19, 2019 18:16 Asia/Baku
  • ABŞ məhkəməsi Mərziyyə Haşiminin günahsızlığını etiraf edib
    ABŞ məhkəməsi Mərziyyə Haşiminin günahsızlığını etiraf edib

Vaşinqton məhkəməsi nəhayət təsdiq edibdir ki, Press TV kanalının aparıcısı Mərziyyə Haşimi ittihamsız olaraq və naməlum bir məhkəmə işində sırf "mühüm şahid" kimi həbs edilibdir.

Amerika regional məhkəmə hakimi Beril Havelin göstərişi ilə Vaşinqtonda yayılan bu məhkəmənin sənədlərinə əsasən, xanım Haşimi heç bir cinayət işləməyibdir.

Amerikalı rəsmilər bildiriblər ki, indiyədək şəhadət vermək üçün iki dəfə Vaşinqton regional məhkəməsinə getmiş Mərziyyə Haşimi şəhadətinin təkmilləşməsindən sonra azad ediləcəkdir. Bununla belə, hələ Press TV kanalının aparıcısının azadlığı üçün heç bir zaman elan olunmayıbdır.

Mərziyyə Haşiminin oğlu Hüseyn Haşimi Assoşieyted-Press müxbiri ilə müsahibədə anasının vəziyyətindən tamamilə xəbərsiz olduğunu bildirərək, deyibdir ki, o, və bacısı bu həftə bir münsiflər heyətinin qarşısında şəhadət verməyə çağırılıblar.

Məhkəmə xanım Haşiminin övladlarına bildiribdir ki. onların anaları naməlum bir məhkəmə işində sırf "mühüm şahid" kimi həbs edilibdir.

Teqlər