Yan 27, 2019 20:09 Asia/Baku
  • İnqilab Rəhbərinin İslami Təbliğat Mərkəzinə tövsiyələri
    İnqilab Rəhbərinin İslami Təbliğat Mərkəzinə tövsiyələri

İslam İnqilabının Böyük Rəhbəri gənclərin, tələbələrin və təsirli mədəni qrupların suallarına və fikri ehtiyaclarına cavabı İslami Təbliğat Mərkəzinin vəzifələrindən adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei İslami Təbliğat Mərkəzinin məsul şəxsləri ilə görüşdə onların xidmətlərini yüksək qiymətləndirərək, İslami Təbliğat Mərkəzində ziyalılığın və yeni təfəkkürün mövcudluğunu mühüm adlandırıb və belə deyiblər: Bu gün inqilab, iş günləri və sıçrayış hərəkətləri dövrüdür.

O həzrət İslami Təbliğat Mərkəzini yazılı əsərlərə malik canlı bir mərkəz adlandırıb və mədəniyyət və incəsənət fəaliyyətlərinin məsul şəxsləri üçün mövcud olan müxtəlif dini suallara toxunaraq, belə qeyd ediblər: Bu suallar və şübhələrin cavablandırılması Qum Dini Elmlər Hövzəsinin və İslami Təbliğat Mərkəzi kimi orqanların vəzifələridir.

Həzrət Ayətullahuluzma Xamenei İslami Təbliğat Mərkəzinə Qum Dini Elmlər Hövzəsinin işləri üzərində təmərküzləşməyi və üstün cəhətləri təsnifata ayırmağı tövsiyə edib və virtual mühitdə təbliğat fəaliyyətləri barədə belə söyləyiblər: Virtual mühitdə müxtəlif orqanlar iştirak edirlər, amma bu mühitdə iştirak, cərəyan yaradan bir iştirak olmalıdır. Eyni zamanda təsirli mədəni qrupların aşkar edilməsi və onlarla əlaqənin qurulması, həmçinin onların sualları və fikri ipuclarının aşkar edilməsinin ən yaxşı yolu, virtual mühitdən istifadədir.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin gənclər və tələbələrin şübhələrinə cavab mövzusu ilə kitabların işlənib hazırlanması və nəşr edilməsini vacib sayıblar. “İslami yardım işi elmi”nin işlənib hazırlanması, “təbliğ sahəsində fəaliyyət göstərən digər orqanlarla həmkarlığın artırılması və şəbəkənin yaradılması” və “təbliğatın patologiyası”, İslam İnqilabının Böyük Rəhbərinin İslami Təbliğat Mərkəzinin məsul şəxsləri ilə görüşdə etdikləri digər tövsiyələrdən olubdur.

 

 

 

 

 

 

 

 

 

 

 

Teqlər