Yan 28, 2019 18:18 Asia/Baku
  • İran-Suriya iqtisadi əməkdaşlıq komissiyası yenidən fəaliyyətə başlayıb
    İran-Suriya iqtisadi əməkdaşlıq komissiyası yenidən fəaliyyətə başlayıb

İş adamları, investorlar və sənaye sahiblərindən ibarət olan geniş bir iranlı nümayəndə heyəti suriyalı tərəflə konstruktiv iqtisadi həmkarlıq dövrünün başlanması mexanizmlərini araşdırıbdır. İranlı heyətə İran İslam Respublikasının yol və şəhərsalma naziri başçılıq edir.

İran İslam Respublikasının yol və şəhərsalma naziri suriyalı tərəflə konstruktiv iqtisadi həmkarlıq dövrünün başlanması mexanizmlərini araşdırmaq üçün iş adamları, investorlar və sənaye sahiblərindən ibarət olan geniş bir nümayəndə heyəti ilə Dəməşqə daxil olub.

Müsahibə: Suriyanın dövləti və xalqının son uğurları münasib şərait yaratdı və bu gün biz 8 illik bir fasilədən sonra müştərək komissiyanın iclasını keçirdik. 40 böyük şirkətin nümayəndəsi kimi bu dəfə Suriyanın bərpasında geniş iştirak məqsədilə Dəməşqdə olan ölkəmizin iqtisadi heyətinin üzvləri nəqliyyat və bank mübadilələrinin olmamasını iki ölkənin iqtisadi və ticari əlaqələrinin qarşısında duran ən mühüm problemlər bilirlər.

Müsahibə: Əgər biz bu iclaslarda bu iki əsas məsələ barədə münasib razılığa gələ və həmkarlıqların genişləndirilməsi üçün həll yolları tapa bilsək, bunlardan şaxələnən digər hallar məncə, sahmanasalınası və idarəediləsi olacaqdır. Suriyalılar da vəd verirlər ki, uzunmüddətli strateji razılaşma ilə, ikitərəfli əməkdaşlıqlar öz qanuni çərçivəsini taparaq, reallığa yaxın olacaqdır.

Müsahibə: Ekspertlərin hazırda yekunlaşdırmaqda olduqları strateji razılaşma Tehran-Dəməşq əməkdaşlığını yeni bir etapa daxil edəcəkdir ki, şübhəsiz, ötən bir neçə onillikdə şahidi olduğumuz məsələrdən daha geniş olacaqdır. Ölkəmizin yol və şəhərsalma nazirinin Suriyaya səfəri və müştərək iqtisadi əməkdaşlıq komissiyası iclasının keçirilməsi ilə, Tehran ilə Dəməşq arasında yüksək səviyyələrdə real iştirak sahələri yaranacaqdır.

 

Teqlər