Fev 05, 2019 18:58 Asia/Baku
  • Suriya və İranın xarici işlər nazirləri Tehranda görüşüblər
    Suriya və İranın xarici işlər nazirləri Tehranda görüşüblər

İran və Suriyanın xarici işlər nazirləri Tehranda görüşərək, ikitərəfli əlaqələr və Suriya böhranı ilə bağlı ən son olaylar haqda fikir mübadiləsi aparıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı Tehranda Suriyalı həmkarı Vəlid Müəllim ilə görüşdə bir daha terrorizm ilə mübarizədəki uğurlarına görə Suriya xalqı və dövlətini təbrik edib.

Zərif İsrail rejiminin Suriya ərazisində terrorçuları himayə etməsinə dair etiraflarına işarə edərək, deyib: Sionistlər Suriya və regionda sülh və sabitlik istəmirlər.

Zərif həmçinin, İranın vitse-prezidenti İshaq Cahangirinin Suriyaya olan son səfərinə işarə edərək, İran şirkətlərini quruculuq dövründə Suriya ilə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını deyib.

Suriyanın xarici işlər naziri də bu görüşdə terrorizm ilə mübarizədə verdiyi dəstəyə görə İran xalqı və dövlətinə təşəkkür edərək, terrorizm üzərindəki qələbəni Suriya, İran və digər dost ölkələrin qələbəsi adlandırıb.

Teqlər