İslam İnqilabından sonra İranın neft və qaz sənayesi parlayıbdır
İranın neft naziri İslam İnqilabından sonra İran İslam Respublikasının neft və qaz sənayesinin parladığını deyibdir.
İranın neft naziri Bijən Namdar Zəngənə dünən gecə İranın xəbər telekanalının “Bugecəki titr” teleproqramında deyib: Qaz sənayesi İslam İnqilabından sonra yarandı. İnqilabın əvvəllərində qazayırma tutumu 36 milyon kubmetr idi. İndi isə bu rəqəm təqribən otuz dəfə artıb və bir milyard altmış milyon kubmetrlik qazayırması mövcuddur.
Zəngənə deyib: İnqilabın qələbə çaldığı zamanda kəşf edilmiş neft ehtiyatları təqribən 88 milyard barrel neft və hidrokarbon konsendantı idi. İndi isə əlli milyard barrel neftin çıxarılmasına əsasən, İranın ehtiyatları 160 milyard barreldən yuxarıdır.
İranın neft naziri əlavə edib: Qaz sahəsində İranın istehsal edilə bilinən qaz resurslarının miqdarı İslam İnqilabının qələbəsi zamanı olan doqquz trilyon kubmetrdən hazırda 33 trilyon kubmetrdən yuxarıya çatıbdır.
Zəngənə həmçinin İslam İnqilabının qaz çatdırılması sahəsindəki nailiyyətləri barədə danışıb: İslam İnqilabının qələbəsinin əvvəlində qazın çatdırılması dairəsi bir faizə də çatmırdı. Hazırda isə ölkə səviyyəsində 92 faizlik qazçatdıma dairəsi mövcuddur və bu, şəhər əhalisinin təqribən yüz, kənd əhalisinin isə 77 faizinə şamil olur.
İranın neft naziri İran İslam Respublikasının benzin istehsalı sahəsindəki vəziyyətinə də toxunub: Benzin istehsalı 14 milyon litrdən “Fars Körfəzi Ulduzu” adlı neftayırma zavodunun sistemə qoşulması ilə, gündə 105 milyon litrə çatıbdır ki, bu da layihələrin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində İranın bacarıq qüdrəti və böyük hətəkətinin göstəricisidir.
İran İslam Respublikasının neft naziri deyib: Əsəluyyə İslam İnqilabının əzəmətinin göstəricisi və misilsiz sənaye investisiyasıdır. Təqribən səksən kilometr uzunluğa malik olan bu sıxılmış qaz və neft-kimya kompleksi neft sənayesində çalışan gənc iranlı qüvvələrin iyirmiillik zəhmətinin nəticəsidir.