İran PUA sahəsində dünyanın ilk beş qüdrəti arasındadır
İran İslam Respublikası ordusunun hava qoşunlarının komandanı deyib ki, İranın silahlı qüvvələri pilotsuz uçan aparat sahəsində dünyanın ilk beş qüdrəti arasında durur.
Briqada generalı Əziz Nəsirzadə dünən İslam İnqilabı qələbəsinin qırxıncı ildönümü münasibətilə keçirilən bir mərasimdə sonra belə vurğulayıb: İslam İnqilabının qələbəsindən əvvəl təchizatlar, təlimlər və hərbi məsləhətçilər xaricdən təmin edilirdi. İslam İnqialbından və İraqın İrana qarşı müharibəsinin başlanmasından sonra öncəki silahlar yaxşılaşdırıldı və müasir elmə uyğun yeni silahlar düzəldildi.
İran İslam Respublikası ordusunun hava qoşunları komandanı həmçinin deyib ki, İranda təyyarə istehsalı prosesi yaxşı gedişata malikdir. O, belə qeyd edib: İran İslam Respublikası ordusunun hava qoşunlarında müəyyən imkanlar yaradılıbdır ki, onlarla üçüncü nəsildən olan təyyarələri beşinci nəsilə qaldırmaq olar.
General Nəsirzadə bildirib ki, İran hazırda təyyarəqayırma sahəsində iqtisadi müstəqilliyə çatıb. O, əlavə edib: Bəzi dost ölkələr İrana pilotsuz uçan aparat alqısı xahişi ilə müracitə edibdir ki, bu sahədə heç bir çatışmazlıq mövcud deyildir.
İran İslam Respublikası ordusunun hava qoşunlarının komandanı vurğulayıb: Bütün region ölkələri birliklə, neft ehtiyatlarını qarət etmək məqsədilə bölgədə yerləşmiş regiondankənar ölkələri çıxarmalı və düzgün analşmalarla regionun tam təhlükəsizliyini bərqərar etməlidirlər.