Fev 22, 2019 13:42 Asia/Baku
  • Qasemi: Sionistlərin Məsciduləqsaya hücumu pislənir

İran Xarici İşlər Nazirlyinin sözçüsü sionistlərin Məsciduləqsaya və Beytulmuqəddəsin tarixi və islami məkanlarına qarşı son təcavüzünü pisləyib.

Bəhram Qasemi dünən gecə deyib: Beytulmuqəddəsdəki irqi-dini təmizləmə və qırğın prosesi Fələstinin işğal edilməsi zamanından bəri ardıcıl və mütəşəkkil şəkildə cərəyan edibdir.

İran Xarici İşlər Nazirlyinin sözçüsü deyib: Bəzi region dövlətlərinin sionistlərin ardıcıl təcavüzləri qarşısında ölümcül sükuta dalmaları, onların gülünc amerikan-sionist Varşava şousunu müşayiət etmələri və onda rol oynamaları, eləcə də Fələstin xalqının qırğını amilləri ilə gizli və aşkar əlaqələr qurmaları sionistlərin Fələstinin tarixi və islami məkanlarına qarşı təcavüzdə təşviq olunmalarına və həyasızlaşmalarına bais olubdur.

Beytulmuqəddəsin müqəddəs məkanlarının qorunmasında onun sakinləri xüsusiyyət təşkil etməklə Fələstin xalqının müqavimətini yüksək dəyərləndirən Qasemi rasist sionistlərin son hərəkətlərinin pislənilməsi və onun davam etməsinin qarşısının alınmasında BMT daxil olmaqla beynəlxalq təşkilat və qurumların, həmçinin islami ölkələrin təcili və real addımlar atmalarını istəyibdir.

Son zamanlar sionist rejim Məsciduləqsa-nın darvazalarından olan Babulrəhməni fələstinli namazqılanların üzünə bağladı ki, bu təcavüzün ardınca bu məscidin durumu gərginləşdi.

Fələstin müqavimət qrupları Məsciduləqsaya təcavüzün davam etməsi barədə sionist işğalçılara xəbərdarlıq ediblər.

 

 

Teqlər