İranda "Kaman-12" tipli döyüş pilotsuzunun istehsal xətti işə salınıb
Tehranda lazer texnologiyası ilə "Aviasiya strukturlarının ömrünün uzadılması" adlı ilk mərkəz və "Kaman-12" tipli döyüş pilotsuzunun istehsal xətti işə salınıb.
"Kaman-12" pilotsuzu min kilometr mənzillə kəşfiyyat və elektron müharibə, həmçinin dəqiq raketlərlə döyüş əməliyyatı keçirmək qabiliyyətinə malikdir. Pilotsuz üzərinə quraşdırılan "Əxgər" raketinin mənzili, otuz kilometrdir.
Bu pilotsuz uçan aparat yer stansiyaları vasitəsilə istiqamətləndirilsə də avtomatik surətdə əməliyyat keçirmək qüdrətinə də malikdir.
"Aviasiya strukturlarının ömrünün uzadılması"- LSP də lazer elmləri və texnologiyasına əsaslanan yüksək texnoloji metodlardandır ki, İran İslam Respublikası ordusunun hava qoşunları bu texnologiyanı əldə edibdir.
Bu texnologiyanın ən mühüm naliyyətləri, döyüş qüdrətinin artırılması, iqtisadi qənaətlər və xaricdən valyuta asılılığının kəsilməsidir. Bu texnologiya həmçinin təmir və saxlanılma xərclərinin azalmasına da kömək edir.