Bəşşar Əsədin Tehrana səfəri İranın qüdrət nümayişi idi
https://azeri.sahartv.ir/news/İran-i335897-bəşşar_Əsədin_tehrana_səfəri_İranın_qüdrət_nümayişi_idi
Tehranın cümə namazı xitabətçisi Suriya prezidentinin Tehrana səfərini tarixi və misilsiz bir hadisə və İran İslam Respublikasının regiondakı güc və qüdrət nümayişi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2019 11:20 Asia/Baku
  • Bəşşar Əsədin Tehrana səfəri İranın qüdrət nümayişi idi

Tehranın cümə namazı xitabətçisi Suriya prezidentinin Tehrana səfərini tarixi və misilsiz bir hadisə və İran İslam Respublikasının regiondakı güc və qüdrət nümayişi adlandırıb.

 Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın cümə namazı xütbələrində Suriya prezidenti Bəşşar Əsədin Tehran səfərinə işarə edib: Bu səfər dünyanın siyasi dairələrinin xəbərlərinin başında durdu və sübut etdi ki, qərblilərin və amerikan koalisiyanın kəşfiyyat və casusluq cəhətdən məlumatlı olduqlarını iddia etmələrinə rəğmən, Suriya hökuməti yetərincə sabitliyə və qüdrətə malikdir.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Bəşşar Əsədin Tehrana səfəri sionist rejimə və Amerikanın regiondakı müttəfiqlərinə aydın bir mesaj idi ki, İranın Suriyadakı hərbi məsləhət iştirakı davam edəcək və Amerika ilə müttəfiqlərinin təzyiqləri bu sahədə təsirsizdir.

Ayətullah Movəhhedi Kermani əlavə edib: Suriya prezidenti suriyalıların izzəti və istiqlaliyyətini, eləcə də İranla strateji əlaqələrini pulla dəyişmədi və yenə də İran İslam Respublikası ilə iqtisadi və mədəni əlaqələrin gücləndirilməsini istəyir.

Tehranın cümə namazı xitabətçisi sonra anti-İran Varşava iclsına toxunub: Bu iclas amerikalıların özlərinin etiraflarına görə, elə əvvəldən uğursuz qalmışdı və Qərb ölkələrinin iştirak etməmələri bu iclası etibarsız etdi.

Ayətullah Movəhhedi Kermani vurğulayıb: Amerikanın qüdrəti puçdur və bu ölkə öz müttəfiqləri arasında da etibarsızdır.