Mart 01, 2019 20:28 Asia/Baku
  • Zərif: Amerika nüvə anlaşmasından yaxşı bir anlaşma əldə etməyəcək

İranın xarici işlər naziri ABŞ və Şimali Koreyanın müzakirələrinin uğursuz qalmasına reaksiyada deyib ki, nüvə anlaşması Amerikanın nail ola biləcəyi ən yaxşı anlaşmadır.

Məhəmməd Cavad Zərif öz twitter səhifəsində əlavə edib: Amerika prezidenti Donald Tramp başa düşməli idi ki, cilvələrlə dolu nümayişlər, fotoqrafiya fürsətləri və siyasətin qəfil dəyişməsi ciddi diplomatiya ilə əsla uyuşmur.

İranın xarici işlər naziri bildirib ki, 150 səhifəlik nüvə anlaşmasının hər bir kəlməsinə çatmaq üçün təqribən on iki il təfəkkür və minlərlə saat müzakirə sərf olubdur. O, vurğulayıb: Tramp heç vaxt bundan yaxşı bir anlaşma əldə etməyəcək.

Şimali Koreyanın rəhbəri Kim Çen In ilə ABŞ prezidenti Donald Trampın Vyetnamda keçirilən ikinci görüşünün vaxtından qabaq başa çatmasından sonra Ağ Ev dünən bildirdi ki, iki tərəf arasında anlaşma əldə olunmayıbdır.

Ağ Ev Şimali Koreya ilə Amerika arasındakı müzakirələrin uğursuz qalmasını İranla nüvə anlaşması təcrübəsinə söykənərək, əsaslandırıb və bildirib ki, Tramp İran, Şimali Koreya və ya hər hansı digər bir ölkə ilə pis anlaşma səhvini etməyəcəkdir.

Amerika prezidenti 2018-ci il mayın 8-də birtərəfli şəkildə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və İrana qarşı nüvə sanksiyalarının qayıtdığını elan etdi.

 

 

Teqlər