Mart 07, 2019 11:05 Asia/Baku
  • Rza Rəhmani - İranın sənaye, mədən və ticarət naziri
    Rza Rəhmani - İranın sənaye, mədən və ticarət naziri

İranın sənaye, mədən və ticarət naziri: İran İslam Respublikası prezidenti tezliklə İraqa səfər edəcək.

Rza Rəhmani çərşənbə günü İraqın ticarət naziri ilə görüşün kənarında jurnalistlər qarşısında dedi: İran İslam Respublikası prezidentinin İraqa səfəri iki ölkə əlaqələrinin xüsusilə ticarət sahəsində genişləndirilməsi məqsədilə həyata keçirilir. 

İranın sənaye, mədən və ticarət naziri Tehran və Bağdad arasında yaxşı münasibətlərin olduğuna işarə etdi və dedi: İki ölkə illik ticarət mübadiləsi həcminin qarşıdan gələn iki il ərzində 20 milyard dollara çatdırmaq qərarına gəlib.

İraqın ticarət naziri də dedi: İraq hökuməti və xalqı İŞİD-in İraqa hücum etdiyi zaman öz müsəlman qardaşlarının kənarında mübarizə apardığı üçün İran İslam Respublikasına minnətdardır və hazırda iki qonşu ölkənin iradəsi ticarət əlaqələrinin genişləndirilməsidir. 

Məhəmməd Haşım Əbdülməcid əlavə etdi: İran İslam Respublikası prezidenti tezliklə İraqa səfərə etməyə dəvət olunub. 

İraqın ticarət naziri həmçinin, İran və İraq arasındakı quru sərhədlərinə işarə edərək, dedi: İran İraq ilə ticarət əlaqələrini genişləndirmək üçün çox yaxşı coğrafi mövqeyə malikdir. Və iki ölkə xalqları arasına dini və mədəni bağlar var. 

Hazırda İran və İraq arasındakı illik ticarət dövriyyəsinin həcmi 13 milyard dollardır. İki ölkə başçıları bu rəqəmi iki ilə kimi 20 milyard dollara çatdırmaq istəyirlər. 

İraqın ticarət naziri bu ölkə parlamentinin sədri ilə Tehrana səfər edib.  

Teqlər