Mart 09, 2019 13:48 Asia/Baku
  • İran və Azərbaycan Xİ nazirləri Tehranda görüşüblər
    İran və Azərbaycan Xİ nazirləri Tehranda görüşüblər

İran İslam Respublikası və Azərbaycan Respublikası xarici işlər nazirləri Tehranda görüşüblər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu gün Tehranda İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Bu məlumata görə, İran və Azərbaycanın xarici işlər nazirləri ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıqlar və regional məsələlər haqda fikir mübadiləsi aparıblar.

Teqlər