Mart 09, 2019 17:58 Asia/Baku
  • Elmar Məmmədyarov: Vaşinqtonun sanksiyaları Tehran-Bakı əlaqələrində təsirsizdir
    Elmar Məmmədyarov: Vaşinqtonun sanksiyaları Tehran-Bakı əlaqələrində təsirsizdir

Azərbaycan Respublikasının xarici işlər naziri ABŞ-ın İran İslam Respublikasına qarşı sanksiyalarının Bakı və Tehran arasındakı əlaqələrin inkişaf prosesində təsirsiz olduğunu dedi.

Təsnim xəbər agentliyinin bildirdiyinə görə, Elmar Məmmədyarov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşdə dedi: İrana qarşı sanksiyalar Tehran - Bakı əlaqələrində mənfi təsirə malik deyil. Çünki, Azərbaycan  İran ilə əlaqələrin inkişaf etdirilməsində qətiyyətlidir. 

Azərbaycan Respublikasının xarici işlər naziri Bakı və Tehran arasında ikitərəfli əlaqələrə habelə, regional və beynəlxalq məsələlərə dair məsləhətləşmələri konstruktiv və səmərəli hesab edərək, dedi: Azərbaycan Respublikası İran ilə ticarət əlaqələrinin genişləndirilməsində istənilən təşəbbüsü müsbət qarşılayır. 

Əli Şəmxani də bu görüşdə dedi: İqtisadi əlaqələrin genişlənməsi və ticarət mübadilələri həcminin artması hər iki ölkə xalqı və rəsmilərinin ortaq istəyi olaraq regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin xeyrinədir və İRan bu yolda duran maneələrin aradan qaldırılmasına hazırdır. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə etdi: Şimal - Cənub nəqliyyat koridorunun təkmilləşdirilməsi region xüsusilə Azərbaycan Respublikası üçün iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük önəm kəsb edir və tranzit sahəsində əlaqələrin çoxalmasına səbəb olacaq. 

Şəmxani həmçinin dedi: İran - Azərbaycan əlaqələri heç bir ölkəyə olmayan əlaqələr olaraq region və regiondan kənar təxribatçılıqların da təsiri altına düşməyəcək. 

Teqlər